Azərbaycanın aerobika gimnastları "Czech Aerobic Open"də gümüş qazanıblar. Sport24.az xəbər verir ki, gənclərdən ibarət milli komandamız beynəlxalq turniri 2-ci pillədə başa vurub.

 

Fidan İbrahimova, Leyla Əhmədova və Evelina Kozlovskaya ibarət komandamız üçlük proqramında medal qazanıb.