İspaniyanın Saraqosa şəhərində bədii gimnsatika üzrə beynəlxalq turnir keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycanın yarışda böyüklərdən ibarət yığması növbəti medalı qazanıb.

 

Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət qrup komandası 5 halqa və 3 lent, 2 topla çıxışda fəxri kürsüdə yer alıb. Təmsilçilərimiz hər iki növdə gümüş qazanıblar.

 

Qeyd edək ki, turnirin ilk günündə yığmamız çoxnövçülük proqramında bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olublar.