Bu gün Bakıda bədii gimnastika üzrə ilk beynəlxalq səviyyəli yarış start götürəcək. Sport24.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil ediləcək Dünya Kuboku 3 gün davam edəcək.

 

Yarışda 41 ölkəni təmsil edən 116 gimnast mübarizəyə qoşulacaq. Gimnastlar fərdi və qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər və çoxnövçülük proqramında mübarizə aparacaqlar.

 

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq 10-cu Dünya Kuboku olacaq.