Olimpiadaya lisenziya qazanan ilk azərbaycanlı bədii gimnast, IV İslam Həmrəyliyi Oyunlarının çempionu Zöhrə Ağamirova və tanınmış plastik-estetik cərrah Könül Ağamirova “Azerbaijan Woman Awards” mükafatına layiq görülüblər. Sport24.az xəbər verir ki, Azərbaycan gimnastikasının uğurlu simalarından biri olan Agamirova üçün bu mükafat böyük motivasiya olub. Dünyanın müxtəlif yarışlarında Azərbaycanı layiqincə təmsil edərək bayrağımızə ucaldan adıçəkilən gimnast bu il ölkəmizi Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək.

Zöhrənin anası isə tibb sahəsində böyük uğurlar əldə edib. Ölkənin ən yaxşı plastik cərrahlarından biri olan Könül Ağamirova müasir plastik cərrahiyyədə müxtəlif uğurlu əməliyyatlar həyata keçirərək pasiyentlərin etibarını və rəğbətini qazanıb.