Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Bolqarıstanın Varna şəhərində keçirilən Avropa çempionatında qızıl medallar qazanıb. Sport24.az xəbər verir ki, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü uğurlu çıxış edib.

Belə ki, onlar balans hərəkətlərində 1-ci yeri tutub.

Bundan əlavə, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük templə hərəkətlərdə qızıl medala sahib çıxıb.