Azərbaycan gimnastı Rəsul Əhmədzadə Türkiyənin Antalya şəhərində keçirilən yarışda finala yüksəlib.

Sport24.az xəbər verir ki, o, idman gimnastikası üzrə "Challenge" seriyasına daxil olan Dünya kubokunda bu hüququ əldə edib.

Rəsul paralel qollarda uğurlu çıxış edərək, finala vəsiqə qazanıb.