Bakıda keçirilən kişi və qadın idman gimnastikası üzrə dünya kuboku davam edir.

Sport24.az xəbər verir ki, bu gün yarışların final mərhələsi baş tutub.

Final proqramında kişilər arasında paralel qollar və halqalar, qadınlar arasında isə dayaqlı tullanma və müxtəlif hündürlüklü qollar  üzrə qaliblər müəyyənləşib. Azərbaycan təmsilçisi Nikita Simonov halqalar üzərində hərəkətlərdə uğurla çıxış edərək komandamıza bürünc medal qazandırıb.

Yarışda kişi və qadınlar arasında bu il keçirilən 4 dünya kubokunda göstərilən üç ən yaxşı nəticənin yekununa əsasən idmançılara ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim edilib. Eləcə də ən yüksək icra xalı toplamış gimnastlar  “AGF Trophy” kuboku ilə təltif olunublar.