Azərbaycanın bədii gimnastı Leyli Ağazadə Almaniyanın Leverkuzen şəhərində keçirilən "4-cü Qış kuboku" yarışında qızıl medal qazanıb.

Sport24.az xəbər verir ki, milli komandanın üzvü lentlə hərəkətlərin icrasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, daha əvvəl Alina Məmmədova topla hərəkətlərdə ikinci yeri tutub.

Qeyd edək ki, yarışa dekabrın 12-də yekun vurulacaq.