İdman gimnastikası üzrə 9 qat dünya və 5 qat Avropa çempionu Yuri Korolyov 60 yaşında vəfat edib. Sport24.az xəbər verir ki, əfsanəvi gimnastın vəfatının səbəbi ilə bağlı ictiamiyyətə heç bir məlumat verilmir.

1980-ci illərdə dünya arenalarında diqqəti öz üzərinə çəkən sovet gimnastı karyerasını başa vurduqdan sonra hakimliklə məşğul olub. O, hətta Olimpiya Oyunlarında hakimlik edib.

Korolyov həmçinin məşqçilik fəaliyyəti ilə də yadda qalıb. Onun yetirmələrindən olan Dmitri Barkalov Rusiyanın mütləq çempionudu.