Futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək. Sport24.az xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.

 

Aprelin 13-də Tbilisiyə səfər edəcək komandamız Gürcüstan yığması ilə qarşılaşacaq. Oyunlar aprelin 14-də və 16-da Tbilisdə baş tutacaq.

 

Qeyd edək ki, matçların keçiriləcəyi arena və başlama vaxtı hələ dəqiqləşməyib.