Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Avropa çempionatının əsas mərhələsində bu gün ilk oyununu keçirəcək. Sport24.az xəbər verir ki, İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv Bosniya və Herseqovina ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, U-19 Avropa çempionatının əsas mərhələsində növbəti matçını sabah, Xorvatiya millisinə qarşı keçirəcək.

 

Avropa çempionatı

əsas mərhələ

19:00. Bosniya və Herseqovina - Azərbaycan

Hakimlər: Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya), Kastriot Qerxhaliu (İsveç)

Omiş. Ribnyak İdman Sarayı.