Oktyabrın 7-də futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasının qonağı olacaq Polşa yığmasının heyəti açıqlanıb.

Sport24.az xəbər verir ki, baş məşqçi Blajey Korçinski heyətə 15 futzalçı dəvət edib:

Mixal Klaus (“Darkomp Vilanou”), Mixal Kaluza (“Burela”), Raymund Şetsla (“Malepszy Arth Soft Lesznov”), Pavel Kanevski, Tomas Kryezel, Yakub Raskuski, Kasper Sendlevski (hamısı “Konstrakt Lubava”), Patrik Holi (“Red Draqons Pnievi”), Mateus Mroviç (“Piast Qlivice”), Mixal Kubik, Sebastyan Lesçak, Bartolomey Naurat, Kamil Surmyak, Mikolay Zastavnik (hamısı “Rekord Bielso-Biala”), Kamil Roll (“Reyter Torun”).

Oktyabrın 7-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Polşa matçına saat 20:00-da start veriləcək.