Bu gün futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, yığmamız Avropa çempionatının əsas mərhələsi çərçivəsində son matçına çıxacaq.
Vitali Borisovun yetirmələri Xorvatiya ilə qarşılaşacaq. 1-ci yeri təmin edən rəqiblə görüşdə sensasiyaya ümid edən millimiz ilk qələbənin həsrətindədir. Qarşılaşma Bakı İdman Sarayında keçiriləcək.
Qeyd edək ki, qrupun digər görüşündə Yunanıstanla İsveç üz-üzə gələcək.
Avropa çempionatının əsas mərhələsi
5-ci qrup, VI tur
15 aprel
20:00. Azərbaycan – Xorvatiya
Hakimlər: Yiangos Yiangou, Nicolas Nicolaou, Theocharis Theocharous (hamısı Kipr)
Bakı İdman Sarayı