Bu gün futzal üzrə Azərbaycan millisi yoldaşlıq oyununa çıxacaq. Sport24.az xəbər verir ki, yığmamız Gürcüstan ilə qarşılaşacaq.

 

 Tbilisi şəhərindəki İdman Sarayında baş tutacaq matçın start fiti saat 18:00-da səslənəcək. 

 

Qeyd edək ki, millimiz aprelin 11-də eyni məkanda Gürcüstanla ikinci dəfə görüşəcək. Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçları keçirəcək.