"Real"ın futbolçusu Dani Sebalyos karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Beşiktaş" ispaniyalı yarımmüdafiəçi ilə maraqlanır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Madrid klubu Dani üçün 10 milyon avro tələb edir.
Sebalyos bu mövsüm La Liqada 15 oyuna çıxıb.