Azərbaycan I Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Şəfa" klubunun futbolçusu Tərlan Quliyev mükafatlandırılıb. Bu barədə Peşəkar Futbol Liqasından (PFL) bildirilib.

 

Mart ayının ən yaxşı qolunun müəllifinə mükafatı XXI turun "Şəfa" – "Səbail" qarşılaşmasından əvvəl PFL-in Media şöbəsinin baş mütəxəssisi Anar Əsədov təqdim edib.