"Atletiko"nun futbolçusu Antuan Qrizmann Çempionlar Liqasında "Barselona"ya qalib gəldikləri oyunu şərh edib. Sport24.az xəbər verir ki, hücumçu 2:0 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

 

"Üzərində işləməli olduğumuz çox şey var. Qələbəyə sevinirik, amma hələ heç nə bitməyib. Qarşıda daha vacib bir görüş var. Sakit qalmalı, özümüzə inanmalı və ayaqlarımızı yerə möhkəm basmalıyıq".

 

Komandalar arasındakı cavab oyunu aprelin 14-də Madriddə olacaq.