"Yuventus" rəhbərliyi baş məşqçi Luçiano Spalletti ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, tərəflər yeni müqavilənin detalları ilə bağlı razılığa gəliblər. Turin təmsilçisi təcrübəli mütəxəssislə müqaviləni 2028-ci ilə qədər uzatmağa yaxındır. Rəsmi açıqlamanın yaxın 24 saat ərzində veriləcəyi gözlənilir.

 

Qeyd edək ki, "Yuventus" bu mövsüm A seriyada Spalletinin rəhbərliyi altında keçirdiyi 22 oyunda 12 qələbə, 6 heç-heçə və 4 məğlubiyyətlə yadda qalıb.