Futzal üzrə Avropa çempionatının D qrupunda II tura bu gün start verilib. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının da yer aldığı qrupun ilk oyununda Gürcüstanla Bosniya və Herseqovina yığmaları görüşüb. Gürcülər ilk hissədən sonra hesabda geridə olsalar da, fasilədən sonra 2 qol vuraraq əzmkar qələbə qazanıblar - 2:1.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran qonşu ölkənin millisi liderliyə yüksəlib. Xalı olmayan Bosniya və Herseqovina isə sonuncu pillədə qərarlaşıb.

Gürcüstan yığması ilk turda Azərbaycana 3:2 hesabı ilə qalib gəldiyidən, millimizin pley-offa çıxmaq işi çətinləşib. Belə ki, Joze Alesionun komandası qrupdakı ikinci sınağında 30 dəqiqə sonra aşkar favorit İspaniya ilə qarşılaşacaq və məğlub olacağı halda, qrupdan çıxmaq şanslarını itirəcək. Bu yerdə bildirək ki, ispanlar ilk turda Bosniya və Herseqovinanı darmadağın edib - 5:1.