Tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat alıb. Sport24.az xəbər verir ki, Futzal federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

FIFA referisi Hikmət Qafarlı Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi ilə keçiriləcək Avropa çempionatı - 2026-nın final mərhələsində fəaliyyət göstərəcək 32 hakimdən biri olacaq. Qafarlı turnir zamanı Latviya və Litvada baş tutacaq matçları idarə edəcək.

 

Qeyd edək ki, qitə birinciliyinin oyunları 2026-cı il yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.