Futzal üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı ilk matçında qələbə qazanıb. Sport24.az xəbər verir ki, yığma A qrupunun birinci qarşılaşmasında Liviya ilə üz-üzə gəlib.
Görüş yığmamızın 5:4 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.