Bu gün Azərbaycanın futzal millisi təlim-məşq toplanışı çərçivəsində 2-ci yoldaşlıq oyununa çıxıb. Sport24.az xəbər verir ki, komanda Danimarka yığması ilə qarşılaşıb.

 

Matç təmsilçimizin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin qollarını Fərid Abbasov, Emil Həsənzadə, Ədalət Ələkbərov və Rövşən Hüseynli vurublar.

 

Qeyd edək ki, bu kollektivlər yanvarın 22-də də qarşılaşıblar və Danimarka millisi 4:1 hesablı qələbə qazanıb.