Milli komandamız bu gün Aktauda Qazaxıstan yığması ilə ikinci beynəlxalq oyununa çıxıb. Slort24.az xəbər verir ki, millimizin 9:2 hesablı məğlubiyyəti ilə bitən ilk oyunla müqayisədə baş məşqçi Yevgeni Kukseviç 14-lükdə iki dəyişiklik edib.

 

Eldar Zeynalov və Qüdrət Qasımzadənin əvəzinə Tofiq Mikayılov və Pünhan Qasımzadə komandamıza kömək ediblər.

 

İlk görüşə nisbətdə daha inamlı təsir bağışlayan kollektiv bu dəfə 4:2 hesabı ilə uduzub.


Oyunu Azərbaycan Respublikasının Aktau şəhərindəki konsulluğunun əməkdaşları da izləyib.