PSJ itki ilə üzləşib. Sport24.az xəbər verir ki, Paris təmsilçisinin cinah oyunçusu Nuno Mendeş zədələnib.
Portuqaliyalı futbolçu Çempionlar Liqasında "Liverpul"la səfər matçında (2:0) zədə alıb. Onun durumu tibbi müayinədən sonra bilinəcək.
Mendeş bu mövsüm 37 oyunda 6 qol vurub, 7 məhsuldar ötürmə edib.