"Barselona" hücum xəttini gücləndirmək üçün yay "transfer pəncərəsi"ndə böyük plan üzərində işləyir. Kataloniya təmsilçisinin əsas hədəfi "Qalatasaray"ın hücumçusu Viktor Osimhendir. Sport24.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Barcelona"nın bu transfer üçün təxminən 100 milyon avro büdcə ayırdığı bildirilir.
Gənc ulduz Lamine Yamal da komandanın hücum potensialının artırılmasını istəyir və 27 yaşlı forvardla birlikdə oynamağı arzulayır.
Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"da 29 oyuna çıxıb, 19 qol vurub və 5 məhsuldar ötürmə edib.