"Sanderlend"in hücumçusu Brayan Brobbi karyerasını Bundesliqada davam etdirməyə yaxındır. Sport24.az "Bild"ə istinadən xəbər verir ki, "qara pişiklər"in ən çox qol vuran oyunçularından biri "Bavariya"nın maraq dairəsinə düşüb.

 

Mənbənin sözlərinə görə, Münhen klubu hücumda rəqabəti artırmaq üçün 24 yaşlı futbolçunu transfer etmək istəyir.

 

Qeyd edək ki, Brobbi bu mövsüm bütün turnirlərdə 27 oyunda iştirak edib, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.