"İnter" baş məşqçisi Kristian Kivu ilə bağlı qəti qərarını verib. Milan təmsilçisi rumıniyalı mütəxəssislə əməkdaşlığı davam etdirməkdə qərarlıdır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Klub rəhbərliyi Kivunun rəhbərliyi altında komandanın sərgilədiyi oyundan və qazanılan nəticələrdən tam razıdır. Bu səbəbdən "neradzurri" 45 yaşlı məşqçiyə yeni və daha yaxşı şərtlərlə müqavilə təklif etməyi planlaşdırır.
Mənbənin sözlərinə görə, hazırkı müqaviləsi 2027-ci ilə qədər qüvvədə olan baş məşqçi ilə anlaşma daha bir neçə il uzadılacaq.
Qeyd edək ki, Kristian Kivu komandanın "sükanı arxasına" keçdikdən sonra qısa müddətdə uğurlu nəticələrə imza ataraq "İnter"i çempionluq yarışının əsas favoritlərindən birinə çevirib.