"Ştutqart"ın yarımmüdafiəçisi Anqelo Ştiller karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Liverpul" almaniyalı futbolçunu transfer etmək istəyir.

 

Bu barədə "Football Insider" məlumat yayıb.

 

50-60 milyon funt-sterlinqlik təklif gəlsə, klubu Ştilleri satmağa hazırdır.

 

"Çelsi" və "Mançester Yunayted" də 25 yaşlı dayaq yarımmüdafiəçisini yaxından izləyir.

 

Qeyd edək ki, "Ştutqart" Anqelo Ştilleri 2023-cü ilin yayında "Hoffenhaym"dan 5,5 milyon avroya transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 2 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.