DÇ-2024-ün elit-raund mərhələsində keçiriləcək Azərbaycan – Qazaxıstan oyununa təyinatlar açıqlanıb. Sport24.az xəbər verir ki, oyunu Finlandiyadan olan hakimlər idarə edəcək.

Birinci və ikinci hakimin adı dəqiqləşsə də, üçüncü referi və timekeeperin kimliyi açıqlanmayıb.

DÇ-2024,  elit-raund

6 oktyabr. Bakı İdman Sarayı. Saat 20:00

Hakimlər: Kirill Naişouler, Arttu Kyynaeraeinen, Paavo Komppa 

(Hakimlər Finlandiyadandır)

Hakim-inspektor: Tarik Keço (Bosniya və Herseqovina)

UEFA nümayəndəsi: Sean Dipple  (İngiltərə)