"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Benfika" (Portuqaliya) ilə cavab matçı üçün iştirak ərizəsini UEFA-ya göndərib. Sport24.az xəbər verir ki, bu barədə Futzal Federasiyası məlumat yayıb.

 

Naxçıvan klubunun baş məşqçi Yevgeni Kukseviç səfərə 2-si qapıçı olmaqla ümumilikdə 13 futzalçı aparıb.

 

Qapıçılar: 1. Emin Kürdov, 12. Rövşən Hüseynli

 

Oyunçular: 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 10. Jan Perruzo, 21. Filipinyo, 98. Karlos Bertuola, 49. Valero Covanni, 3. Qüdrət Qasımzadə, 29. Luicci Lonqo, 9. Alleks Rezende, 15. Aleksanderson Teyşeyra

 

Qeyd edək ki, görüş dekabrın 5-də Lissabondakı "Pavilyao Fidelidade"də, saat 21:30-da başlayacaq. Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək.