"Aaraz-Naxçıvan"ın futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasından öncə yer aldığı səbət müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Reqlamentə əsasən, A yolunda mübarizə aparan və qrup mərhələsini 3-cü pillədə başa vuran, eləcə də B yolunda qrup qalibi kimi mübarizəni davam etdirmək hüququ qazanan komandalar A yolunda yarışmış və yekunda öz qruplarında birinci və ikinci yerləri tutmuş klublarla qarşılaşacaqlar.
Noyabrın 6-da, Bakı vaxtı ilə saat 17:00-da 1/8 və 1/4 final mərhələlərini püşkü atılacaq. 1/8 final mərhələsinin oyunlar isə noyabrın 24-də və dekabrın 5-də, 1/4 finalın matçları isə gələn il fevralın 23-də və martın 6-da təşkil olunacaq. Hər iki mərhələnin iştirakçıları rəqibləri ilə həm doğma, həm də rəqib meydanında qarşılaşacaq.
Bundan sonra "Dördlər finalı"nın iştirakçıları müəyyənləşəcək. Həlledici mərhələnin oyunları mayın 7-dən 10-dək keçiriləcək.
A yolu, qrup qalibləri
Kartagena Kosta Kalida (İspaniya)
İlles Balears Palma (İspaniya, ÇL son qalibi)
Benfika (Portuqaliya)
Sportinq (Portuqaliya)
A yolu, qrup ikinciləri
Piast Qlivise (Polşa)
Etoile Lavalloise (Fransa)
Riqa (Latviya)
Kayrat Almatı (Qazaxıstan)
A yolu, qrup üçüncüləri
Sportinq Anderlext (Belçika)
Semey (Qazaxıstan)
Luxol St. Andreus (Malta)
Priştina 01 (Kosovo)
B yolu, qrup qalibləri
AEK (Yunanıstan)
Hjörrinq (Danimarka)
Araz-Naxçıvan (Azərbaycan)
Hit Kiyev (Ukrayna)
Qeyd edək ki, 7-ci qrupun qalibi olaraq ilk dəfə keçirilən 1/8 finala vəsiqə qazanan "Araz-Naxçıvan" ilk oyununu Bakıda keçirəcək.