"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün Bakıda baş tutacaq "Benfika" (Portuqaliya) ilə matça itkilərlə çıxacaq. Sport24.az xəbər verir ki, vərəqə cəzalısı olduğuna görə Covanni Valero, Karlos Bertola və Aleksanderson Teyşeyra komanda yoldaşlarına kömək edə bilməyəcək. Əvəzində Kənan Manafov, Fərid Abbasov və Hüseyn Abdulov "qırmızı-ağlar"ın iştirak ərizəsinə daxil ediliblər.
Baş məşqçi Yevgeni Kukseviç "benfika" ilə ilk oyunda bu futzalçıların xidmətindən yararlanacaq:
Qapıçılar - 1. Emin Kürdov, 12. Rövşən Hüseynli, 19. Hüseyn Ədbülov;
Oyunçular - 15. Fərid Abbasov, 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 21. Filipinyo, 10. Jan Peruzzo, 3. Qüdrət Qasımzadə, 29. Luicci Lonqo, 49. Kənan Manafov, 7. Yaqo Enrike, 9. Alleks Rezende
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Benfika" matçı Bakı İdman Sarayında, saat 20:00-da start götürəcək.