Bu gün start götürən "Formula-1" Qatar Airways Azərbaycan Qran-prisi çərçivəsində "Formula-2" komandalarının sərbəst yürüşü zamanı qəza baş verib.

Sport24.az xəbər verir ki, qəzanı "MP Motorsport" komandasının pilotu Oliver Göte törədib.

 

Qeyd edək ki, yarışın ilk günündə "Formula-1" və "Formula-2" komandalarının sərbəst yürüşləri və sıralama turu keçiriləcək. Yarışın 2-ci günü - sentyabrın 14-də "Formula-1" komandalarının 3-cü sərbəst yürüşü, sıralama yürüşü və "Formula-2" komandalarının qısa sprint yarışları baş tutacaq. Əsas yarışlar isə sentyabrın 15-də keçiriləcək, "Formula"1 və Formula-2" üzrə qaliblər müəyyən ediləcək.