''Haas''ın almaniyalı pilotu Niko Hulkenberq öz həmyerlisi, əfsanəvi Mihael Şumaxerin oğlu Mik barədə danışaraq ona söz atıb. Sport24.az xəbər verir ki, 24 yaşlı Şumaxer ötən il ''Haas''da ümidləri doğrultmadıqdan sonra bu komanda onunla yollarını ayıraraq məhz Hulkenberqlə anlaşmışdı. Mik

Şumaxerə isə ''Mersedes''in sahibi Toto Volf sahib çıxmışdı. Hazırda Şumaxer ''Mersedes''də əvəzedici pilotdu.

Hulkenberqi dinləyək: ''Mikin karyerası barədə nə düşünürəm? Ümumiyyətlə, ''Formula-1''də fərqli dövrlərdə çıxış etmiş pilotları müqayisə etmək çətindi. Daniel Rikkardoya fikir verin. ''Reno''da o, əla formada idi. Amma ''Maklaren''də zəif təsir bağışladı. Belə şeyləri çox görmüşük. Bu, çox sərt bir biznesdi. Əvvəllər hər şey fərqli idi. Amma indi səndən gözləniləni verə bilmirsənsə, gec-tez ayrılmaq məcburiyyətində qalırsan''.