"Formula-1"in təqvimində dəyişiklik olub. Sport24.az xəbər verir ki, martda başlayacaq yeni mövsümün ənənəvi yarışı bazar günü deyil, şənbə gününə keçirilib.

 

Buna Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prilərinin Ramazan ayına düşməsidir. Təsnifat mərhələsi isə cümə günü baş tutacaq.

 

Qeyd edək ki, mövsümün startı martın 2-nə planlaşdırılır və ümumilikdə 24 mərhələnin təşkili gözlənilir.