"Red Bull”un rəhbəri Kristian Horner elmi innovasiyaları ilə məşhurlaşan İlon Maskla münasibətlərindən danışıb. Sport24.az xəbər verir ki, Mayami Qran-prisini izləyən amerikalı biznesmenlə görüşü zaman Horner nəyi müzakirə etdiklərindən söz salıb: “Onun Formula 1 yarışlarını izləməyə gəlməsi bizi sevindirir. Mask daxiliyanma mühərriklərinin funksiyası ilə yaxından maraqlanır. Fikrimcə, o, fəaliyyətimizdən heyrətləndi. Mask çox ağıllı oğlandı, o, akkumlyatorumuzun keyfiyyəti və bolidimizin gücünü öyrəndi. Daha sonra İlon bizə əlcək atdı, Formula 1 yarışına qatmaq istədiyi öz elektromobili haqda danışdı. Amma sonradan başa düşdü ki, onun maşını yalnız yarışın ortalarına qədər mübarizə apara bilər. Texnologiyalarla yaxından maraqlanan belə insanlarla tanış olmaq xoşdur. 2026-cı ildə reqlamentdə ciddi dəyişikliklərin olacağını nəzərə alsaq, belə istedadlı insanları Formula 1-ə dəvət etmək əla olardı”.