Yeni mövsümdə Çempionlar Liqasında İngiltərə Premyer Liqasından 6 komanda yer alacaq. Sport24.az xəbər verir ki, bunlardan 5-i çempionat yolu ilə turnirə vəsiqə qazanacaq.

 

Avropa Liqasında finala İngiltərənin iki təmsilçisi – "Mançester Yunayted" və "Tottenhem" yüksəlib. Turnirin qalibi ÇL-ə vəsiqə qazandığı üçün yeni mövsümdə artıq PL-dən 6 komanda olacaq.

 

Avropa Liqasının finalı mayın 21-də Bilbaoda olacaq.