Formula-1 üzrə dünya çempionatında ABŞ Qran-prisinin sprint yarışı keçirilib. Sport24.az xəbər verir ki, "Red Bull" pilotu Maks Ferstappen qələbə qazanıb.

 

Niderlandlı sürücü 19 dövrəlik yarışda finiş xəttinə birinci çatıb. O, "Ferrari"dən Karlos Saynsı və "Maklaren"in sürücüsü Lando Norrisi qabaqlayıb. Bu qələbədən sonra 339 xal toplayan Ferstappen ən yaxın izləyicisi Norrisdən 54 xal öndədi. 

 

Qeyd edək ki, bu gün ABŞ Qran-prisinin əsas mərhələsi təşkil olunacaq.