“Formula 1” üzrə Macarıstan qran-prisində sonuncu yürüş keçirilib. Sport24.az xəbər verir ki, dördüncü yürüşdə ən yaxşı nəticəni "Mercedes"in britaniyalı pilotu Luis Hemilton göstərib.  

O, bununla da "Formula 1" üzrə Macarıstan qran-prisinin qalibi olub.

Yarışda ikinci yerə Niderland təmsilçisi "Red Bul"un pilotu Maks Ferstappen (+8,702) çıxıb. Üçüncü yeri "Mercedes"dən fin Valtteri Bottas (+9,452) tutub.