Bəhreyn Qran-prisində mövsümə uğursuz start verən “Ferrari”nin düşərgəsində gərginlik hökm sürür. Sport24.az xəbər verir ki, komandanın lideri Şarl Leklerin bolidində yararnan problemlərə görə yarışı başa vura bilməməsi Formula 1 ictimaiyyətində əsas müzakirə mövzularından biridir.

İtaliya mətbuatının məlumatına görə, Bəhreyndəki yarış başa çatandan sonra Lekler “Ferrari” prezidenti Con Elkannla görüş tələb edib. O, komandanın sahibindən problemlərin haradan qaynaqlandığını öyrmənmək istəyib.

Deyilənlərə görə, Lekler vaxtının getdiyinə görə narahatdır. O, “Ferrari” ilə titul qazanmaq istəsə də, görünən odur ki, indiki məqamda bunu reallaşdırmaq çətindir.