Formula 1 üzrə 2 qat dünya çempionu Fernando Alonso “Ferrari”də çıxış etdiyi dövrlərlə indiki zamanı müqayisə edib. Sport24.az xəbər verir ki, o, həmin illər İtaliya komandasının daha sabit çıxış etdiyini söyləyib: “Ferrari” ilə hər mövsüm çempionluq uğrunda mübarizənin içində idik və demək olar ki, səhvə yol vermirdik. İki dəfə son yarışa qədər çempionluğu təqib etmişik. Amma indiki dövrdə “Ferrari” sabitliyini itirib. Bu mənada “Aston Martin”də çıxış etdiyimə görə xoşbəxtəm".
Xatırladaq ki, bu mövsüm 5 yarışdan sonra Fernando Alonso şəxsi birincilidə 3-cü pillədə qərarlaşıb. Ondan irəlidə isə yalnız “Red Bull” pilotları Maks Ferstappenlə Serxio Peres qərarlaşıb. “Ferrari”də çıxış edən Karlos Saynsla Şarl Lekler isə müvafiq olaraq 5-ci və 7-ci sıralarda qərarlaşıb.