Formula 1-də mübarizə aparan sabiq komandalarından birinə rəhbərlik edən Eddi Cordan Lüis Hemiltonu “Mersedes”i tərk etməyə çağırıb. Sport24.az xəbər verir ki, britaniyalı funksioner 7 qat dünya çempionu olan həmyerlisinin bu komandada uğur qazanmayacağını söyləyib: “Qorxuram, bu gedişlə Hemilton motivasiyasını itirəcək. O, mütləq “Mersedes”i tərk etməlidir. Lüis gələcəyə boylanmalı və özü üçün ən yaxşısını etməlidi. “Mersedes”də isə bu mümkün olmayacaq. Lüis, dərhal “Mersedes”dən ayrıl! Sən özünü başqa komandada göstərməlkisən”.

Xatırladaq ki, hazırda Hemilton 56 xalla şəxsi birincilikdə 4-cü pillədədir. O, ötən mövsümü 6-cı sılrada başa vururb. Britaniyalı pilotun mövsümün sonunda “Mersedes”lə müqavilə müddəti başa çatacaq.