Lüis Hemilton ilə ''Mersedes'' yeni anlaşma əldə etmək üzrədi. Sport24.az xəbər verir li, ueddiqat dünya çempionunun ''Mersedes''lə müqaviləsi bu mövsümün sonunda başa çatacaq.
Ona görə də Hemiltonun ''Ferrari''yə keçəcəyi ilə bağlı şaiyələr yayılmışdı. Amma ''Mersedes''in rəhbəri Toto Volf ulduz pilot ilə yeni müqavilə imzalamaq üzrə olduqlarını açıqlayıb: ''Bu hadisənin baş verməsinə elə də çox qalmayıb. Bizi yeni müqavilədən bir neçə həftə yox, bir neçə gün ayırır. Çalışırıq ki, bu məsələni həftəsonu baş tutacaq Kanada qran-prisinə qədər həll edək. Bu gün onunla görüşəcəm və son detalları müzakirə edəcəyik. Hemiltonla o qədər isti münasibətlərimiz var ki, pul məsələlərini həll etmək lazım olanda ikimiz də sıxılırıq. O, bizim idmanda iştirak etmiş ən önəmli isimlərdən biridi. İstər trassda, istərsə də ondan kənarda hərtərəfli insandı. Onu ''Formula-1''də bacardığımız qədər çox saxlamalıyıq. Hemilton uzun illərdi, bizimlə birlikdədi. Heç vaxt başqa komandanın bolidini sürməyib. İkimiz də 2013-dən ''Mersedes''ə qoşulmuşuq. O vaxtdan münasibətlərimiz peşəkar səviyyədən dostluq səviyyəsinə keçib. Onunla birlikdə keçirdiyimiz illəri həmişə xoş şəkildə xatırlayacağıq''.