Formula 1 üzrə 7 qat dünya çempionu Lüis Hemilton Mayami Qran-prisi zamanı pop ulduzu Şakira ilə görüşüb. Sport24.az xəbər verir ki, jurnalistlərin nəzərindən yayınmayan ulduzları əvvəlcə yaxtada görüblər.
Daha sonra Hemiltonla Şakira Mayami restoranlarından birində süfrə arxasına əyləşiblər. Hələ ki, “Meresedes”, nə də məşhur müğənni bu görüş haqda heç bir açıqlama verməyib.
Xatırladaq ki, Şakira uzun illər “Barselona”nın sabiq futbolçusu Jerar Pike ilə ailəli olub. Hemilton isə hələ də ailə həyatı qurmayıb.