Formula 1-də çıxış edən “Haas” komandasının rəhbəri Günter Ştayner bu mövsüm çempionluq uğrunda mübarizənin hələ yekunlaşmadığını söyləyib. Sport24.az xəbər verir ki, o, Bakıdakı yarışı da darıxdırıcı adlandırıb: “Bu mövsümün elə də darıxdırıcı keçdiyini düşünmürəm. Hərçənd, Azərbaycan Qran-prisində maraqlı mübarizənin şahidi olmadıq. Amma bunu mövsümün digər yarışlarına aid etmək olmaz. Doğrudur, “Red Bull” həqiqətən də möhtəşəm çıxış edir, lakin başqa maraqlı hadisələr də baş verir. İnanıram ki, mövsümün müəyyən hissəsindən sonra hansısa komanda “Red Bull”a çatacaq və nəticədə biz də gərgin rəqabət izləyəcəyik. Bir neçə yarışa görə mövsümə qiymət verməyə tələsməyək, “hər şey bitdi” deməyək. Bir qədər səbirli olmaq lazımdı”.