''Mersedes''in pilotu Corc Rassel futbol barədə suala cavab verib. Sport24.az xəbər verir ki, 25 yaşlı britaniyalı pilot ''futbolla məşğul olsaydız, hansı kluba üstünlük verərdiz'' sualını belə cavablandırıb: ''Futbolçu olsaydım, karyeramı ''Kinqs Linn Taun''da başlamaq istərdim''. ''Kinqs Linn Taun'' İngiltərənin 6-cı divizionunun Şimal Milli Liqasında çıxış edən kiçik bir klubdu. Maraqlıdı ki, klub pilotun bu sözlərini cavabsız qoymayıb və sosial şəbəkə vasitəsi ilə Rasseli baxışa dəvət edib: ''İstədiyin vaxt gəlib özünü yoxlaya bilərsən''.
Xatırladaq ki, bu mövsüm ''Formula-1''də baş tutan 7 yarışdan sonra Rassel şəxsi birincilikdə 65 xalla 5-ci pillədə qərarlaşıb. O, 4-cü pillədəki komanda yoldaşı Lyuis Hemiltondan 22 xal geridədi. Lider isə 170 xalla ''Red Bull''un pilotu Maks Ferstappendi.