Formula1-in sayca 68-ci mövsümü start götürür. Sport24.az xəbər verir ki, bu gün saat 5-də Melburn Qran Prisinin sərbəst ötüşmələri baş tutacaq. Gün ərzində daha bir, növbəti gün isə bir sərbəst yürüş seansının ardından sıralama turu keçiriləcək. İlk Qran Prinin qalibinin adına isə martın 26-da aydınlıq gələcək.