"Formula 1" üzrə Niderland Qran-prisində xoşagəlməz hadisə baş verib. Sport24.az xəbər verir ki,   təsnifat mərhələsi zamanı ağır qəza baş verib. "Uilyams" komandasının pilotu Loqan Cardcentin avtomobili alovlanaraq yanmağa başlayıb.

 

ABŞ-li sürücü dərhal bolidi tərk edərək xəsarət almaqdan yaxa qurtatıb. 

 

Qeyd edək ki, "Formula 1" üzrə Niderland Qran-prisinin əsas mərhələsi sabah baş tutacaq.