Formula 1 üzrə 2024-cü ilin təqvimi müəyyənləşib. Sport24.az xəbər verir ki, mövsümə Bəhreyndə start veriləcək.

Bəhreyn Qran-prisi 29 fevral - 2 mart tarixində reallaşacaq. Siyahıda 17-ci olacaq Azərbaycan Qran-prisi əvvəlki illərdən fərqli olaraq sentyabrda keçiriləcək. Yarışın tarixi olaraq 13-15 sentyabr göstərilib.