Formula-1 üzrə ikiqat dünya çempionu Mika Hakkinen son dönəmlərdə rəqibsiz görünən və inamla 3-cü çempionluğuna doğru şığıyan Maks Ferstappen haqda danışıb. Sport24.az xəbər verir ki, 54 yaşlı finlandiyalı əfsanənin sözlərinə görə, Ferstappenin tarixinə, keçdiyi yola və məşqlərinə baxsaz, görərsiz ki, onun pilot kimi formalaşması prosesi çoxdan başa çatıb: "O, artıq fantastik bir pilotdu. Ferstappen zatən ''Formula-1''ə gələnə qədər artıq adından söz etdirməyi bacarmışdı. O, Formula-1-ə yaxşı pilot olmaq ümidi ilə gəlməmişdi. Çünki ilk dəfə gələndə artıq yaxşı pilot idi. Çox istedadlıdı və hər texniki aspekti, eləcə də komanda işini gözəl başa düşür. Güclü xarakterə malikdi və bunun sayəsində ''Red Bull''u onun üçün yaxşı maşın hazırlamağa vadar etdi. İndi 'Formula-1-də onun dönəmidi. Amma Şumaxer və Hemilton kimi ''əjdahalar'' 7 dəfə çempion olublar. Ferstappen və ya başqasının onlara çatıb-atmayacağını zaman göstərəcək. Vaxt ötdükcə yeni ulduzlar peyda olur. Onlar özləri ilə 'Formula-1-ə yeni tərz gətirirlər. Artıq yaxşı pilot olmaq üçün təkcə sükandan tutub qaz pedalına basmaq kifayət etmir''.